AZ   |   RU
Türkiyə yerli “Altay” tankının istehsalına başlayacaq


Türkiyə iki il ərzində milli “Altay” əsas döyüş tankının kütləvi istehsalına başlayacaq.


Missiya.Az
CNN Türkə istinadən xəbər verir ki, Məlumata görə, hazırda döyüş vasitəsinin sınaqları keçirilir.
65 tonluq maşın “Aselsan” tərəfindən hazırlanmış müdafiə sistemi ilə təchiz ediləcək. Bu sistem tankı “Javelin” kimi ən müasir tank əleyhinə raket sistemlərindən belə qoruyacaq.

Yerli istehsal olan hərəkət sisteminin yaradılması da son mərhələdədir. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Yeni nəsil zirehlərlə təchiz olunacaq tankın atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək.
Qeyd edək ki, “Altay”ın istehsalı üzrə müqavilə 2018-ci ildə imzalanıb. Rəsmi Ankara bu döyüş maşınlarından 1000 ədəd istehsal etməyi planlaşdırır. Gələcəkdə tankın pilotsuz versiyaların buraxılması da nəzərdə tutulub.

“Altay” Türkiyə ordusundakı Almaniyanın “Leopard” və ABŞ-ın M60 tanklarını əvəz edəcək.

  • 15-05-2022, 14:35