Katolik və pravoslav kilsələri əlaqə saxlayır, lakin Papa Fransisk və Patriarx Kirill arasında görüş ləğv edildikdən sonra dialoqu davam etdirmək çətinləşib.
Missiya.Az Kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin məlumat verib.
Pietro Parolin jurnalistlərlə söhbətində bunları bildirib: “Papa Fransiskin Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşməmək qərarı ilə bağlı son hadisələrdən hamımız xəbərdarıq. Etiraf etmək lazımdır ki, bu asan iş deyil. Amma bu o demək deyil ki, biz katolik və pravoslav kilsələri arasında münasibətlərdə sıfır səviyyədə və ya donma nöqtəsindəyik. Kanallar qalır, dialoq cəhdləri davam edir, baxmayaraq ki, baş verənlər fonunda hər şey daha da mürəkkəbləşdi."
O, həmçinin Ukraynaya silah verilməsinidə dəstəkləyib, lakin bunun yalnız “əsaslı özünümüdafiə” məqsədi ilə olmasının tərəfdarı olduğunu qeyd edib.Qeyd edək ki, aprelin 22-də Papa Fransisk Patriarx Kirill ilə iyunda Qüdsdə keçirilməsi planlaşdırılan görüşünün siyasi səbəblərdən baş tutmayacağını açıqlamışdı.
Missiya.Az