AZ   |   RU
Rusiyada hərbi hissədə partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsindən bildirilib.

Qeyd olunub ki, hadisə Xabarovsk diyarıbın Amur rayonunun Teysin qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar Elban rayon xəstəxanasına yerləşdirilib.

  • 12-05-2022, 10:36