AZ   |   RU
Rusiyadan Ukraynaya ağır zərbə - İlan adasına hücum edən əsgərlər öldürüldü

“Son iki gündə Ukrayna hərbçilərinin Qara dənizdəki  İlan adasını geri almaq cəhdlərinin qarşısı alınıb”. 

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

Konaşenkov bildirib ki, Rusiyanın üç Su-24 və bir Su-27 döyüş təyyarəsi, Ukraynanın 4 döyüş təyyarəsini, göyərtəsində paraşütçülərin olduğu üç Mi-8 helikopterini və 1 Mi-24 helikopterini məhv edib. 

Qeyd olunub ki, adada möhkəmlənmək istəyən 50-dən çox Ukrayna əsgəri həlak olub. Ölən əsgərlərin meyitləri adanın sahilində qalıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 10-05-2022, 12:49