AZ   |   RU
Ukrayna müharibəsinin nəticəsi Gürcüstanin gələcəyini müəyyən edəcək - Gürcüstan Baş Naziri

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Ukrayna müharibəsinin nəticəsi Gürcüstanın gələcək vəziyyətini müəyyən edəcək. 

Missiya.Az Hraparak nəşrinə istinadən xəbər verir ki, o, bunu Avropa Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Ukrayna müharibəsinin bitməsi  hamı üçün böyük əhəmiyyət kəsb edir. Bütün dünyanın, o cümlədən Gürcüstanın gələcəyi müharibənin nəticələrindən asılı olacaq. Ona görə də müasir dünyanın Avropanın üzləşdiyi çağırışa cavab verməsi çox vacibdir" – deyə, baş nazir Qaribaşvili bildirib.

O, ölkəsinin Avropanın yanında olduğunu və Gürcüstanın və Avropa ölkələrinin ortaq dəyərlərə malik olduğunu bir daha təsdiqləyib.

  • 10-05-2022, 12:40