AZ   |   RU
Hökumət parkinqlərlə bağlı iş aparır

Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar davam edir.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Nazirlər Kabinetində Bakı Nəqliyyat Agentliyin yeni əsasnaməsi hazırlanır.

“Əsasnamə hazırlandıqdan sonra parkinq və digər sahələrdə də səlahiyyət bölgüsü müəyyənləşəcək”, - Eldar Əzizov vurğulayıb.


  • 10-05-2022, 10:12