AZ   |   RU
Ulu Öndər əməli fəaliyyəti ilə yeni Azərbaycanın təməlini qoydu

May ayının 10-u xalqımız üçün əlamətdar gündür. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu anadan olmuşdur. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.

Ümummilli Liderin xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindən biri vətəndaş sülhünü və həmrəyliyini təmin edən, azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyanı formalaşdırıb inkişaf etdirmək olmuşdur. Heydər Əliyev hələ sovet dövründə respublikamıza rəhbərlik edərkən azərbaycançılıq ideyasının ictimai fikirdə özünə mühüm yer tutması üçün ciddi addımlar atmışdır. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən geosiyasi şəraitdə ,dünya iqtisadiyyatında baş verən kataklizimlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmişdir və böyük bacarıqla tətbiq edilmişdir.

Ölkəmizin gələcəkdəki gücü və taleyi də milli birliyi, ideoloji təhlükəsizliyi, iqtisadi müstəqilliyi, siyasi suverenliyi qorumaq və bütün bunlarla paralel olaraq dünyaya inteqirasiyanı davam etdirmək əzmində olan ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və peşəkarlığıyla sıx sürətdə bağlıdır. Bir sözlə, keçdiyimiz qısa tarixi dövür sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirləri Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə, ölkəmizin müasir dünyadakı yerinin və nüfuzunun güclənməsinə yönəlmişdir.

Namiq Muradov
Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının fəal
üzvü, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi
faküləsinin tələbəsi


  • 10-05-2022, 09:36