AZ   |   RU
Ukrayna ordusu bu şəhərləri azad etmək üçün əks-hücum əməliyyatına başladı

Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. 

Missiya.Az
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “Telegram” kanalında məlumat verib. 

Zalujni ABŞ-ın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri, general Mark Milley ilə Ukraynadakı vəziyyəti müzakirə etdiyini bildirib. O söhbət zamanı qeyd edib ki, Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlər davam edir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 5-05-2022, 16:45