AZ   |   RU
Kreml: Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır

Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır.


Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistan Rusiyanın tərəfdaşı və böyük dostu adlandıran Kremlin sözçüsü Moskvanın ölkədə vəziyyətin tezliklə sabitləşməsində maraqlı olduğunu vurğulayıb.

Peskov həmçinin Ermənistanda müxalifətin mitinqlərini tamamilə İrəvanın daxili işi adlandırıb.
“Bu, tamamilə və bütünlüklə Ermənistanın daxili işidir. Ermənistan bildiyiniz kimi, bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır. Ermənistan bizim böyük dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın”, - Kremlin sözçüsü qeyd edib.

Peskov əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya Prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək.

  • 5-05-2022, 14:34