AZ   |   RU
Nizami rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə və qazilərə sovqat paylanıb - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib.  

Missiya.Az
xəbər verir ki, görüşdə Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqətdən, həyata keçirilən sosial proqramlardan danışıb. Bəhman Hüseynov Azərbaycan dövlətinin, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi qayğının hamıya örnək olduğunu qeyd edərək bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev isə çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial proqramlara diqqət çəkib. Məhi Mehtiyev bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinin və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə çoxillik dövlət proqramları həyata keçirilir və uğurlu nəticələr əldə olunur.  

Tədbirdə çıxış edən şəhid Elçin Həsənlinin anası dövlətin onlara göstərdiyi diqqətdən razılıq ifadə edib və bildirib ki, Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu rayon ərazisindəki şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir, onların sosial-məişət problemlərinin həllində böyük işlər görürlər.

Daha sonra çıxış edən Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar tədbir iştirakçılarına Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyini - TAİB-in təsisçisi Ramin Əhmədovun salamlarını çatdırıb. Kanal rəsmisi qeyd edib ki, bilavasitə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlarda şəhid ailələrinin və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsi, mənzillərlə təmin olunması üzrə istiqamətlər öz əksini tapıb. 

Nicat Dağlar onu da qeyd edib ki, Missiya Media Qrupu bundan sonra da Nizami Rayon İcra Hakimiyyətinin humanitar layihələrində yaxından iştirak edəcək.   

Tədbirin sonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə və qazilərə Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu adından sovqatlar təqdim olunub.

 
 








  • 29-04-2022, 18:27