AZ   |   RU
"Azərsun Sənaye Parkı”nda yanğın davam edir, fövqəladə hallar naziri əraziyə gəlib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Missiya.Az
"Report"-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

  • 28-04-2022, 20:46