AZ   |   RU
Azovstalda 600-dən çox yaralı dərmansız qalıb – ukraynalı komandir

Azovstal polad zavodunda  600-dən çox yaralı var.

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri 36-cı dəniz piyada briqadasının komandiri vəzifəsini icra edən Sergey Volına özünün feysbuk səhifəsində paylaşıb.

Volına yaralıların müalicəsi üçün heç bir dərman və şərait olmadığını söyləyərək, uşaqların da daxil olduğu yüzlərlə mülki şəxsin antisanitar şəraitdə yaşadığını, qida və sudan məhrum olduğunu bildirib.

Daşqın Həsənov
Missiya.Az


  • 27-04-2022, 18:58