AZ   |   RU
Zelenski G20 sammitinə qatılacaq

İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Vladimir Zelenskini G20 sammitinə dəvət edib.

Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat verib.

"Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ona suverenlik və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram” – deyə, Zelenski bildirib.

Qeyd edək ki, G20-nin hazırda lideri Coko Vidododur və sammit liderlərinin toplantısı 15-16 noyabr tarixlərində Balidə baş tutacaq.

Daşqın Həsənov
Missiya.Az


  • 27-04-2022, 18:22