AZ   |   RU
Lavrov yenidən nüvə müharibəsinin ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi: "Bu realdır"

“Nüvə müharibəsinin riskləri indi çox əhəmiyyətlidir. Lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar çoxdur.” 
 
Missiya.Az
xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 1-ci kanala müsahibəsində deyib.  
 
O xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri bu silahlardan istifadənin yolverilməzliyi ilə bağlı tezisini bir daha təsdiqləyiblər.
 
"Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu prinsiplərlə irəliləyirik. Nüvə riskləri süni şəkildə şişirdilir və bunu istəyənlərin sayı çoxdur. Təhlükə ciddidir, realdır, onu zəif qiymətləndirmək olmaz.”  
 
Qeyd edək ki, Lavrov bir müddət əvvəl də nüvə müharibəsinin real olduğu ilə bağlı xəbərdarlıq etmişdi. 

Elvin 
Missiya.Az


  • 26-04-2022, 11:38