AZ   |   RU
“Hədiyyənin dəb ünvanı” öz məhsullarını sərgiləyib



“Hədiyyənin dəb ünvanı” sloganı ilə tanınan və startap layihə olan “Photomart”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil etdiyi “KOB Fest” – sərgi-satış yarmarkasında öz məhsullarını sərgiləyib.

Məqsəd, insanları yeni, kreativ və xüsusiləşdirilmiş hədiyyə nümunələri ilə tanış olmasını təmin etməkdir. Məhsullar arasında, taxta materialdan hazırlanan və üzərinə ad yazıla bilən şamdanlar, çərçivələr, bloknotlar,  müxtəlif formalı şəxsə özəl dizayn edilən taxta şəkillər yer alıb.
 
Missiya.Az
xəbər verir ki, vaxta qənaət məqsədilə yaradılan Photomart.Az veb saytına daxil olaraq, bir toxunuşla sifariş vermək mümkündür. Cəmi bir il fəaliyyətdə olmasına baxmayaraq, yetərincə kütləsi olan “Photomart”, gənc və dinamik komandası ilə bu zamana qədər on minlərlə məmnun müştərinin üzünü güldürüb.

Günümüzdə onlayn sifariş getdikcə inkişaf edir və Photomart bu vədi verərək, insanlara özəl hədiyyə nümunələrini canlı rənglərdə dizayn edir, çatdırır.  Müştərilər, rahatlıqla saytdan sifariş edərək, göstərilən digər xidmətlərdən, yəni, sifarişə nəzarət, intellektual editor, və.s istifadə edirlər. 

Qeyd edək ki, bu gün və sabah olmaqla Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqları üçün İçərişəhərdə (Qoşa Qala Meydanı) “KOB Fest” – sərgi-satış yarmarkası təşkil edib.  “Sahibkarlar Günü”nə həsr olunmuş ilk KOB Fest saat 10:00-dan 20:30-dək davam edəcək. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu təqdim ediləcək.




  • 25-04-2022, 19:17