AZ   |   RU
Körpəsinə süd verərkən çəkilən fotosu ilə gündəm oldu - Rusiyanın bombaladığı şəhərdən təsirli görüntü

Ukraynanın Kiyev metrosunda Rusiyanın raket zərbələrindən gizlənən ukraynalı qadının körpə qızına yemək verərkən çəkilən foto bir gecədə sosial şəbəkələrdə gündəm olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ukraynanın "unian.net" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, fotosu çəkilən Tatyana və onun 4 aylıq qızı Mariyka hazırda təhlükəsiz yerdədirlər.
 
Tatyana şəklin çəkildiyi günü belə xatırlayır: "Bütün fikrim yalnız necə xilas olacağımıza yönəlmişdi. Ruslar üç gün ardıcıl olaraq paytaxta raket zərbələri endirirdilər."

Qucağındakı körpəsi ilə məşhurlaşan Tatyana, körpələrini müharibədən xilas edən bütün ukraynalı anaların obrazına çevrilib.

Qeyd edək ki, İtaliyanın Neapol şəhərinin kilsəsində yerləşdirilən rəsm əsəri ilə oxşarlığı olan şəkil macar fotoqraf tərəfindən çəkilib.

İnam Həsənov
Missiya.Az

  • 25-04-2022, 18:13