AZ   |   RU
Vaşinqton Moskvaya nota verdi: "ABŞ-ın bu addımlara son qoyulmasını tələb edirik"
 
“Rusiya ABŞ-a Ukraynaya silah tədarükünün dayandırması ilə bağlı nota verib.” 

Missiya.Az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "Rossiya 24" telekanalına müsahibəsində deyib. 

"800 milyon dollar - bu, Vaşinqtonun Kiyevə silah tədarük edəcəyi məbləğdir. Bu, çox böyük rəqəmdir. Silah yardımının edilməsi vəziyyətin diplomatik yolla həllinin axtarışına töhfə vermir. Biz ABŞ-ın Ukraynanı silahla təmin etməsini qəbuledilməz  olduğunu bildiririk. ABŞ-ın bu addımlara son qoyulmasını tələb edirik” - deyə Antonov bildirib. 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukraynaya silah tədarükünün  edilməsi ilə bağlı fərman imzalamışdı. Yeni yardım paketinin həcmi 1,7 milyarddan çox olacağı bildirilmişdi.

Missiya.Az




  • 25-04-2022, 12:36