AZ   |   RU
ABŞ-ın dövlət katibi Kiyevə gizli səfər edib? - AÇIQLAMA

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arerestoviç gecə saatlarında “Feigin Live” kanalında açıqlama verərək bildirib.

Bildirilir ki, toplantı məhsuldar keçib amma görüşün təfərrüaları təhlükəsizlik səbəbindən açılamayıb.

Blinken və Ostinin səfəri Rusiya-Ukrayna müharibəsi zamanı ABŞ rəsmilərinin Ukraynaya ən yüksək səviyyəli səfəri olması ilə diqqət çəkir.


Hüseyn Babayev

Missiya.Az


  • 25-04-2022, 11:33