“Avropa İttifaqı (Aİ) ölkələri hazırda Rusiyadan qaz və neft tədarükünə embarqo qoyulması ilə bağlı konsensusa gələ bilmir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel deyib.
O bildirib ki, hazırda Avropa İttifaqıda bu məsələ ilə bağlı vahid mövqe yoxdur.
“İttifaq ölkələri həmçinin Rusiya Federasiyasından neft və qaz idxalına görə cəza rüsumları daxil olmaqla, alternativ sanksiyalarla bağlı da vahid mövqe nümayiş etdirə bilmirlər. Mayın sonunda bu mövzuda yenidən müzakirələr keçiriləcək. Bəzi Aİ-yə üz dövlətlər embarqoları və cəza rüsumlarını dəstəkləməyəcəklərini açıq şəkildə bəyan edirlər. Yekun təklif hələ müzakirəyə çıxarılmayıb.”
Xosep Borrel qeyd edib ki, Avropa İttifaqı bir neçə həftə ərzində Rusiyadan enerji təchizatında asılılığını əhəmiyyətli dərəcədə azaldıb."Rusiya qazından imtina etmək istəyiriksə, bizim kifayət qədər alternativ qaz tədarükü mənbələrinə ehtiyacımız var. Bu nə vaxtsa baş verəcək və o zaman Rusiya neft və qaz biznesindən əldə olunan gəlirlərin itiriləcəyinin ağrılarını hiss edəcək."
Proseslər göstərir ki, Avropa İttifaqı Rusiyayaya görə ikiyə bölünüb. Rusiyada qaz asılılığı olan ölkələr Moskva ilə ehtiyatlı davranmağa çalışsa da, alternativ qaz mənbələri olan dövlətlər isə Kremli sıxışdırmağa çalışır.
Elvin
Missiya.Az