AZ   |   RU
Ağ Ev: ABŞ Ukraynaya daha çox döyüş sursatı verəcək

ABŞ Ukrayna Silahlı Qüvvələrinə davam edən hərbi yardım çərçivəsində daha çox döyüş sursatı verəcək.

Missiya.Az"Report"a istinadən xəbər verir ki,, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

"Sözsüz ki, biz daha çox döyüş sursatı göndərəcək, daha böyük hərbi yardım göstərəcəyik. Təsdiqlənmiş hərbi yardım paketindən daha çox vəsait təqdim edə bilərik. Bu məsələnin konkret detalları üzərində Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik üzrə komandamız çalışır. Bura döyüş sursatları və silahlanmanın müxtəlif növləri daxildir", - deyə o vurğulayıb.


  • 19-04-2022, 23:43