
Rusiyada böyük partiya təmsilçiləri və Duma deputatlarının parlamentə təqdim etdikləri təklif dünya mediasının diqqətini çəkib. Təklifdə Sovet İttifaqına varislik prinsipini təmin etmək üçün üçrəngli Rusiya bayrağının əvəzinə SSRİ-nin bayrağının istifadə edilməsi istənilib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukraynaya qarşı hərbi əməliyyatlara başlayan Rusiya, hücum səbəblərindən biri kimi sərhədlərinin şərq istiqamətində NATO-nun yerləşə biləcəyini bəhanə edib. Lakin Kremlin əsas hədəfi sərhədlərini genişləndirməkdir.
Bu qətnamənin qəbul edilməsi o deməkdir ki, Rusiyanın bütün postsovet ölkələrinə qarşı ərazi iddiası var - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Sovet İttifaqının tərkibinə 15 respublika - Baltikyanı ölkələr Estoniya , Latviya, Litva, Şərqi Mərkəzi Avropa ölkələri Belarus, Moldova, Ukrayna, Cənubi Qafqaz ölkələri, Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan daxil idi.
İnam HəsənovMissiya.Az