AZ   |   RU
Azərbaycan-Gürcüstan-Türkiyə parlament komitələrinin növbəti iclası Şuşada keçiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası may ayında Bakıda və Şuşada keçiriləcək.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Tbilisidə gürcüstanlı həmkarı Şalva Papulaşvili ilə birgə brifinqdə bildirib.

O qeyd edib ki, görüş zamanı hər üç ölkənin xarici əlaqələr komitələri arasında üçtərəfli formatda əlaqələrin vacibliyi və zəruriliyi vurğulanıb.


  • 19-04-2022, 17:59