AZ   |   RU
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir - SİYAHI
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.

Missiya.Az xəbər verir ki, bu, “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

- inteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli lisey;

- nternat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli sanator ümumtəhsil məktəbi;

- Digər məktəblər.


  • 18-04-2022, 22:08