AZ   |   RU
Quttereş İstanbul danışıqlarını dəstəkləyib

BMT-nin baş katibi Antonio Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarını dəstəklədiyini bildirib.

Missiya.Az “Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

"Bazar günü baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Baş katib Ukraynadakı müharibə ilə bağlı İstanbul prosesinə davamlı dəstəyini ifadə edib və humanitar yardımın paylanması və insanların evakuasiyası üçün humanitar dəhlizlərin yaradılmasının zəruriliyini bildirib”, - təşkilatın məlumatında bildirilib.

  • 18-04-2022, 19:28