17 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliya və Digər Qeyri İnfeksion Genetik Xəstəliklərə Həsr Edilmiş Elmi – Praktik Konfrans keçirilib.
Missiya.Az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva iştirak ediblər.