Ötən gün Ermənistanın paytaxtı İrəvanda hökümət əleyhinə mitinq keçirilib. “Mənim namusum var” fraksiyasının lideri, Vətən partiyasının sədri Artur Vanetsyan Azadlıq meydanında 24 saatlıq oturaq aksiya eln edib. Vanetsyan mitinqdə bildirib ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib.Vanetsyanın sözlərinə isə Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan özünün feysbuk hesabında münasibət bildirib. Çaxoyan qeyd edib ki, Vanetsyan xalqı Azadlıq meydanına toplamaqla siyasi məqsədlər güdür.
Sitat: “O, Qarabağı xilas edə biləcəkmi Təbii ki, yox. Onların yalnız bir məqsədi var, o da hakimiyyəti dəyişmək”.Çaxoyan daha sonra bildirib ki, Şuşa və Hadrutu geri qaytaracağını deyən müxalifət hələ də özünün xilas yolunu tapa bilməyib. “Onlar ancaq boş-boş vədlər verməklə məşğuldurlar” deyə, Çaxoyan qeyd edib.
Ermənistanda yüksək post tutmuş məmurun dilindən bu sözlərin eşidilməsi onu göstərir ki, artıq İrəvan hakimiyyəti özü də Qarabağın geri qaytarılacağına ümidi kəsilib. Son günlər Paşinyan da çıxışlarında Qarabağla bağlı məsələləri arxa plana keçirib sülh danışıqlarının vacibliyini vurğulayır.Ermənistan müxalifətinin isə Qarabağla bağlı dedikləri cəfəngiyyatdan başqa heçnə deyil. Hələ Serj Sarkisyanın prezident olduğu zaman “Xocalı aeroportuna helikopterlə eniş edəcəyəm” sözünü verməsinə baxmayaraq, rəsmi Bakı bildirmişdi ki, əgər belə bir şey olacaqsa, Helikopter dərhal vurulacaq. Sarkisyan Bakının cavabından sonra Helikopterlə Xocalıya eniş etməyə cürət edə bilmədiyi halda, indi gəlib Qarabağı geri qaytaracaqlarını erməni xalqına vəd edir.
Proseslər göstərir ki, Brüseldə əldə olunan razılaşmaya əsasən sülh danışıqları ilə bağlı bu ayın axırına kimi işçi qruplarının yaradılmasına müəyyən mənada Ermənistan müxalifəti əngəl yaradır.Qeyd edək ki, ötən gün baş tutmuş mitinqdə az sayda adam iştirak edirdi. Görünən odur ki, erməni xalqı da müxalifətin siyası oyunlarında iştirak etmək niyyətində deyil.
Çox ehtimal ki, bütün bu proseslərin arxasında Kreml dayanır. Erməni rəsmilərinin iddialarına görə, Vanetsyan bir neçə gün bundan öncə Moskvaya yollanıb. Vanetsyanın Moskvada hansısa tapşırıqlar aldığını ehtimal etmək olar. Kremlin Ermənistan müxalifətinin üzərində ciddi təsirinin olduğu hamıya məlumdur.
Ancaq bütün bunlara baxmayaraq İrəvan imza atdığı hər bir maddəni yerinə yetirməlidir. Əgər bundan boyun qaçırarsa, o zaman İrəvanı bundan daha ağır aqibət gözləyir. Rəsmi Bakı güc yolundan istifadə edərək İrəvanı buna məcbur edə bilər.
Daşqın Həsənov
Missiya.Az