Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsini təqdim edib.Bu barədə
Missiya.Az Ağ Evin hədiyyə mağazasının saytına istinadən xəbər verir.
Sikkədə Ukrayna Prezidentinin çıxışından sitat da öz əksini tapıb: “Dünya lideri dünyanın lideridir”.
Təsvirdə deyilir ki, Zelenski ölkəsini və xalqını Rusiyanın qəddar təcavüzündən qorumaq üçün çox işlər görərək hər iki tərəfdə millət vəkillərinin heyranlığına səbəb olub.
Qeyd edək ki, sikkənin dəyəri 100 dollardır. Onun satışından əldə edilən gəlir tamamilə Ukrayna xalqına humanitar yardıma yönəldiləcək.