AZ   |   RU
Ukrayna NATO və Krım məsələsini yalnız Rusiya qoşunları Ukraynanı tərk etdikdən sonra müzakirə edəcək - Zelenski

Ukrayna NATO və Krım məsələsini yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra Rusiya ilə müzakirə edəcək.

Missiya.Az
UNİAN- a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski  son video-müraciətində deyib.

"Hesab edirəm ki, hər şey normal addımlarla, yavaş-yavaş, sakit olmalıdır.  Təhlükəsizlik təminatları var, biz dğ bunu  istəyirik. NATO məsələsi var, danışaq. Krım məsələsi var,  atəşkəs olsun,  gedək bu haqda danışaq. Məncə,  normal addım budur. Danışıb qərar verməliyik. Amma atəşkəs elan olunub rus qoşunları geri çəkildikdən sonra.

Siz (Rusiya tərəfi ) deyirsiniz ki, əvvəlcə neytral status olsun, sonra texnikanı geri çəkək. 

Biz isə, əgər burada hərbi texnika varsa, hansı statusdan söhbət gedə bilər? - deyirik.

Təhlükəsizliyə zamin durmuş hansı  hansı tərəf buna imza atacaq?" - Ukrayna prezidenti bildirib.

  • 16-04-2022, 23:29