Rusiya hərbçiləri Sumı rayonunun Bilka kəndini tərk etdikdən sonra kənddə kimyəvi silah qalıqları - zarin və digər maddələrə aid ampulalar tapılıb.
Missiya Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna radiosunun canlı efirində Trostyanets şəhərinin meri Yuri Bova bildirib.
"Dünən biz kimyəvi silah qalıqlarını - zarin, bəzi ampulalar və s. tapdıq. İndi bununla Ukraynanın Təhlükəsizlik Xidməti məşğuldur. Bilmirəm, bundan nə üçün istifadə etmək istəyiblər. Ehtimal var ki, bu kimyəvi maddələr Kiyevə, Poltavaya və ya digər şəhərlərə hücum üçün nəzərdə tutulub ”, - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, Trostyanetsdə olduqları bir ay ərzində işğalçılar çoxlu bubi tələləri qurub, çoxlu qəbiristanlıqları, meşələri, parkları, inzibati binaları minalayıblar. Şəhər tamamilə talan edilib.
"Rusiya ordusu geridə üfunət iyi, çirkab, sındırılmış və qarət edilmiş dükan və əşyalar qoyub. Yeri gəlmişkən, biz şəhər şurasında bir işğalçının gündəliyini tapdıq.
O, martın 3-də "şəhər nəzarətimizdədir və biz faşistlərdən də pis davranırıq - dükanları, şəxsi evləri soyuruq - yazır.
Daha sonra yazıb ki, mağazadan ayaqqabı, yorğan və başqa şeylər götürüb. Yəni, görünən odur ki, bu bir ordu deyil, şəhərimizi, evlərimizi qarət edən bir qrup qarətçidir” - mer bildirib.