AZ   |   RU
Sumqayıtda yanğın olub, xəsarət alan var
Sumqayıtda 4 otaqlı ev yanıb.

Missiya.Az
FHN-nin saytına istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 100 m² olan 1 mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 16-04-2022, 18:36