AZ   |   RU
Rusiyada SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirənlər cərimələnəcək
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb. 

Missiya.Az
xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Prezidentinin imzaladığı sənəd rəsmi hüquq informasiya portalında dərc olunub.

Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovetlər İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs, hüquqi şəxslərin isə 100 min rubla qədər cərimələnəcəklər.

  • 16-04-2022, 14:54