Ukraynanın Baş naziri Denis Şmıqal, maliyyə naziri Sergey Marçenko, Milli Bankın rəhbəri Kirill Şevçenko və bir sıra digər rəsmilər gələn həftə ABŞ paytaxtına səfər edəcəklər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ agentliyindək mənbə məlumat verib.
Bildirilir ki, səfər zamanı Ukrayna nümayəndə heyəti G7 dövlətlərinin və digər ölkələrin iqtisadi idarələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməlidir.
Bundan əlavə, agentlik qeyd edir ki, nümayəndə heyətinin aprelin 21-də Dünya Bankı tərəfindən Ukraynaya həsr olunmuş dəyirmi masada iştirakı planlaşdırılır.