AZ   |   RU
Nyu-York metrosunda terror törədən şəxs kimdir?
Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

Missiya.Az
"Report" a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb. Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib.

CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

  • 13-04-2022, 23:22