Rusiya Ukraynanın təxribat cəhdləri qarşılığında qərar qəbuletmə mərkəzlərinə zərbələr endirməklə hədələyib.Missiya.Az Ria Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib. O, Rusiya ərazisində təxribat cəhdləri davam edərsə, Rusiyanın Ukraynanın qərar qəbuletmə mərkəzlərinə zərbələr endirəcəyini bildirib.
"Biz Ukrayna qoşunlarının Rusiya Federasiyası ərazisindəki obyektlərə təxribat və zərbələr endirmə cəhdlərini görürük . Əgər belə hallar davam edərsə, o zaman Rusiya Federasiyasının Silahlı Qüvvələri qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirəcək. ”, - deyə o bildirib.
Koneşenkov əlavə edib ki, “Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri ukraynalı hərbçilər Rusiyanın sərhədyanı rayonlarında dəfələrlə təxribat törədiblər. Belə ki, onlar martın 29-da Belqorod vilayətinə “Toçka-U” raketləri ilə hücum ediblər , nəticədə hərbi hissənin müvəqqəti yerləşdiyi yerdə yerləşən anbarda partlayış və yanğın baş verib, 8 nəfər yaralanıb. Üç gün sonra, aprelin 1-də isə iki Ukrayna vertolyotu Rusiya ərazisinə soxularaq Belqoroddakı neft anbarını, sonra isə Severnı sənaye parkındakı mətbəəni atəşə tutub.”
“Bu həftə Belqorod vilayətində dəmir yolları zədələnib. Bundan əlavə, Belqorod və Kursk vilayətlərində sərhəddə yerləşən kəndlər və keçid məntəqələri dəfələrlə atəşə tutulub .” - deyə rusiyalı general vurğulayıb.