AZ   |   RU
Rusiyadan ABŞ və NATO-ya bəyanat - “Biz onları qanuni hədəf kimi görürük”
Missiya.Az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS Xəbər Agentliyinə müsahibəsində  Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO- ya məxsus hərbi maşınları “qanuni hərbi hədəflər” hesab etdiklərini deyib.

ABŞ -ın Ukraynaya silah dəstəyi verdiyinə diqqət çəkən Ryabkov, bu şərtlər altında Ukraynadakı vəziyyətlə bağlı ABŞ rəhbərliyi ilə geniş təmasların “mənasız” olduğunu bildirib.

Ryabkov qeyd edib: "Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya qoşunlarına zərər vurmaq, Donetsk və Luqansk xalq respublikalarının yaradılması prosesinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq.
Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ- NATO maşınları qanuni hərbi hədəflər hesab edilir ”

  • 13-04-2022, 22:22