AZ   |   RU
Bayden və Zelenski bir saata yaxın telefonla danışıb
ABŞ və Ukrayna prezidentləri Co Bayden ilə Vladimir Zelenski arasında telefon söhbəti olub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığı zamanı Co Bayden Ukraynaya hərbi yardımın bundan sonra da davam edəcəyini bildirib.

Məlumata görə, danışıq 1 saata yaxın davam edib.

Zelenski telefon danışığı ilə bağlı "Twitter" hesabında yazıb ki, Co Baydenlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəlinib.

  • 13-04-2022, 21:46