AZ   |   RU
Medvedçukun arvadı Ərdoğandan ərini azad etmək üçün kömək istədi
Fevralın sonunda Ukrayna prokurorluğu “Müxalifət Platforması - Həyat Naminə” partiyasının sədri, habelə Rusiya prezidentinin yaxın dostu olan Medvedçukun yoxa çıxması barədə məlumat yaymışdı.

Çərşənbə günü isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Medvedçukun Vladimir Zelenskinin tapşırığı ilə saxlanıldığı açıqlandı.
Açıqlamadan dərhal sonra  Ukrayna prezidenti çıxış edərək  Rusiyaya siyasətçini əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif etdi.

Lakin Medvedçuk məsələsi daha bir gözlənilməz epizodla gündəmdə qalmağa davam edir. 

Missiya.Az
Ria Novosti-yə istinadən xəbər verir ki, Ukraynada  saxlanılan “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko məsələ ilə bağlı əvvəl Ukrayna prezidenti Zelenskiyə, daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ərinin azadlığa buraxılması üçün müraciət edib.

"Mən Viktorun həyatı üçün çox qorxuram. Sizin  böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm, öz nüfuzunuzdan   ərim Viktor Medvedçuku xilas etmək və azad etmək üçün istifadə edəsiniz", - Marçenko müraciətində bildirib. 

Qeyd edək ki, müraciət Ərdoğanın  rəsmi  YouTube səhifəsində də yayımlanıb.

  • 13-04-2022, 21:29