AZ   |   RU
Rusiyada sanksiya altına düşən banklarla işləmək istəməyənləri cəzalandıracaqlar

Rusiyanın Ali Məhkəməsi ölkə ərazisində sanksiyaların tətbiqinə görə cinayət məsuliyyətinə dair təklifləri dəstəkləyib.

Bu barədə Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin sədri Andrey Klişas öz “Telegram” hesabında bildirib.

Müvafiq düzəlişlərlə bağlı "Vahid Rusiya"nın Ali Şurasının katibi Andrey Turçak məlumat vermişdi. Onun sözlərinə görə, bəzi Rusiya şirkətləri, eləcə də dövlət iştirakı olan şirkətlər qərbin sanksiyaları altına düşmüş banklar və müəssisələrlə iş aparmaqdan imtina etmişdilər. Səbəb kimi isə özlərinin də qadağa siyahısına düşmələrindən çəkinmələri göstərilmişdi. 

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başladığını bildirən Rusiya dövlət başçısı Vladimir Putin bu addımın “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırımına məruz qalan insanların müdafiəsi” məqsədilə atıldığını qeyd edib.


Öz növbəsində Qərb buna cavab olaraq Moskvaya sanksiya təzyiqlərini artırıb. Məhdudiyyətlər isə əsasən bank sektoruna və yüksək texnologiyalı məhsulların tədarükünə yönəlib. Eyni zamanda Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması ilə bağlı çağırışlar daha tez-tez səslənməyə başlayıb. Həmçinin bəzi brendlər Rusiyada fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Bu addımları indiyədək bənzəri görülməyən iqtisadi müharibə olaraq dəyərləndirən Kremldə hadisələrin bu məcrada gedişatına hazır olduqları vurğulanıb. Rusiya Bankı valyuta bazarında vəziyyətin stabilləşdirilməsi üçün tədbirlər görməyə başlayıb və bu istiqamətdə atılan addımlardan biri kimi dost olmayan ölkələrə qaz tədarükü ilə bağlı ödənişlərin rublla alınacağı bildirilib.

Bundan əlavə, hökumət yüzə yaxın təşəbbüsü özündə ehtiva edən məhdudlaşdırıcı tədbirlərə qarşı mübarizə planı hazırlayıb ki, bu planın da maliyyələşdirilməsinin təxminən bir trilyon rubl həcmində olacağı nəzərdə tutulur.

Mənbə: RİA Novosti


  • 4-04-2022, 20:19