AZ   |   RU
Missiya TV-nin Youtube kanalı bloklandı – Rusların şikayəti əsasında

Missiya TV-nin “Youtube” kanalı 1 həftə müddətinə bloklanıb. Qlobal videoplatformadan Missiya TV-nin emailinə göndərilmiş rəsmi bildirişdə bloklamaya səbəb kimi Rusiyanın maraqlarına zidd olan videolardan biri göstərilib. Qeyd olunub ki, 1 həftə ərazində kanalımıza hər hansı material yükləyə bilməyəcəyik. 
 
Müşahidələr göstərir ki, videoplatforma Rusiyanın maraqlarına cavab verən xəbərləri daha çox bloklayır. Maraqlıdır ki, "Youtube" bu dəfə Missiya TV-nin “Youtobe” kanalından Rusiyanı təcavüzkar siyasəti ilə bağlı materialı silib.
 
Araşdırmalarımız zamanı məlum olub ki, həmin videomaterial rusiyalı izləyicilərin şikayəti əsasında bloklanıb.
 
Qeyd edək ki, Missiya TV-nin redaktoru Lamiyə Rövşənqızının təqdimatında yayımlanan “Missiya Təhlil” verlişinin ötən gün yayımlanan buraxılışı, son dövrlər Rusiyadakı bəzi dairələrin, hökumətyönümlü televiziyalarının və deputatlarının Azərbaycana qarşı qərəzli mövqeyindən bəhs olunub. Müəllif Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasət kəskin tənqid edib. Hesab edirik ki, MissiyaTV-nin "Youtube" kanalının 1 həftə müddətinə bloklanması bilavasitə həmin verilişlə əlaqədardır. 

Yaranmış vəziyyətlə əlaqədar olaraq, izləyicilərimiz Missiya TV-ni "Facebook", "İnstagram", "Tiktok" və "Teleqram" üzərindən izləyə bilərlər. 

Onu da qeyd edək ki, qəbul olunmuş qərardan Youtube-yə rəsmi appelyasiya şikayəti təqdim etmişik. 

Missiya.Az

  • 31-03-2022, 18:38