Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Rusiyanın dövlət başçısı bu gün eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.
"Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetiriblər. Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqləyiblər", - Kremldən bildirilib.
Tərəflər gələcək təmaslar barədə razılığa gəliblər.