AZ   |   RU
Lavrovla Bayramovun görüşü ilə bağlı Kremldən açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 1-də MDB Nazirlər Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Qarabağı müzakirə edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasının 2 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılır.

“Əsas hadisə sabah baş tutacaq, ancaq kənar görüşlər bu gündən başlayıb. Aprelin 1-də xarici işlər naziri Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşləri olacaq. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağdakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli razılaşmalarının icrası müzakirə ediləcək”,- deyə Zaxarova qeyd edib.

Bundan əlavə, tərəflər bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

İclaslardan sonra media üçün açıqlamalar dərc ediləcək.


  • 1-04-2021, 17:28