AZ   |   RU
İlham Əliyev Vladimir Putinlə Qarabağ və koronavirusla mübarizəni müzakirə etdi


Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər telefon söhbəti zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

“Məmnunluqla qeyd olunub ki, vəziyyət ümumilikdə stabildir, atəşkəs rejimi isə ciddi şəkildə gözlənilir”, - deyə Kremldən bildirilib.

Tərəflər həmçinin koronavirusla mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

  • 1-04-2021, 14:39