AZ   |   RU
Ermənistanda nazir istefa verib

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan istefa verib.

Missiya.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə martın 31-də feysbuk səhifəsində yazıb.

A.Arşakyan könüllü olaraq istefa ərizəsini yazdığını açıqlayıb.

Bildirilib ki, nazirin istefası ilə bağlı şayiələr bir neçə gün əvvəl KİV-də yayılmışdı.


  • 31-03-2021, 15:15