AZ   |   RU
Blinkenlə Çavuşoğlu Ukraynanı müzakirə etdi


ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla danışıb.

Missiya.Az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.

“Blinkenlə Ukraynadakı son hadisələri və humanitar vəziyyəti müzakirə etdik. Atəşkəsin təmin olunmasının vacibliyini vurğuladıq”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

  • 28-02-2022, 23:29