AZ   |   RU
Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman verdi


Rusiya Prezidenti Vladimir Putin “ABŞ-ın və ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzalayıb.
 
Missiya.Az xəbər verir ki, sənəd Kremlin rəsmi saytında dərc olunub.
 
O, aşağıdakı tədbirləri nəzərdə tutur:
 
- Xarici iqtisadi fəaliyyət iştirakçıları bu il yanvarın 1-dən xaricdən daxil olan valyuta köçürmələrinin 80 faizini satmağı öhdələrinə götürməlidirlər. Qayda artıq yığılmış vəsaitlərə də aiddir - onlar üç gün ərzində satılmalıdır. Bu prosesə Mərkəzi Bank nəzarət edəcək;
 
- kredit müqavilələri üzrə rezidentlər tərəfindən qeyri-rezidentlərin xeyrinə xarici valyutanın verilməsi ilə bağlı valyuta əməliyyatlarının aparılması qadağandır;
 
- rezidentlər bundan sonra xaricdəki bank və təşkilatlarda açılmış hesablarına xarici valyuta köçürə, habelə xarici ödəniş xidməti göstərənlərin təqdim etdiyi elektron ödəniş vasitələrindən istifadə etməklə bank hesabı açmadan pul köçürə bilməyəcəklər.

  • 28-02-2022, 20:24