AZ   |   RU
Rusiyanın desantları daşıyan təyyarəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus İL-76 təyyarəsini vurub.

Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Komandanlığı məlumat yayıb.

Məlumata görə, Kiyev vilayətinin Vasilkov rayonu ərazisində vurulan təyyarənin göyərtəsində 100-dən çox desant olub. “Hava gəmisi”nin Belarus istiqamətindən qalxdığı təxmin edilir.

  • 26-02-2022, 10:23