AZ   |   RU
Bakıda maskalı şəxslər şirkətə basqın etdi

Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.

Missiya.Az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

  • 19-02-2022, 11:55