AZ   |   RU
Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı


Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.

Missiya.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, - Avinyan qeyd edib.

  • 27-03-2021, 16:52