AZ   |   RU
Azərbaycan maskadan istifadə fəallığına görə bölgədə liderdir

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.

Missiya.Az xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 % təşkil edir. Gürcüstanda bu göstərici 43 %, Ermənistanda isə 38 %-ə bərabərdir.

Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 % olduğu qeyd olunub.

Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.

  • 26-03-2021, 21:03