AZ   |   RU
Azərbaycanda vaksinasiya olunanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında 22 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 121 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Missiya.Az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487 561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Bildirilib ki, vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.


  • 23-03-2021, 13:56